Kosmosda müharibə başlasa, bəşəriyyətin varlığı təhlükə altına düşəcək. 

 Foodinfo.az  xəbər verir ki, belə bir proqnozu “Newsweek” jurnalına müsahibəsində ABŞ Kosmik Qüvvələrinin komandanı Çens Soltsman verib.

O, izah edib ki, müəyyən obyekt quruda və ya suda vurulduqda döyüş bölgəsindən yoxa çıxır. Kosmosda isə vəziyyət fərqlidir: orada məhv edilən peyklər yüz illər boyu elə orbitdə qalacaq, onların qalıqları isə problemlər yaradacaq.

“Əgər yer üzündən kənarda belə bir müharibə başlasa, bu, ənənəvi hava, quru və dəniz müharibələrindən daha dağıdıcı ola bilər və insanların həyatını uzun əsrlər müddətinə dəyişə bilər”, - deyə ekspert vurğulayıb.