"Bizim Market" elektron ticarət mütəxəssisi axtarır.
Foodinfo.az-ın məlumatına görə, namizədə olan tələblər aşağıdakılardır:
• Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Rəqəmsal marketinq bilikləri;
• Google ads, Sosial media və Affiliate marketinq bilikləri;
• SEO məntiqi və texniki biliklərinə hakim olmaq;
• Yüksək analitik təhlil qabiliyyəti;
• Layihələrin idarə edilməsində təcrübə.
İş haqqında məlumat:
• Şirkətə məxsus e-ticarət saytının idarə olunması;
• Rəqəmsal reklamların təşkili;
• Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət;
• Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunu təşkil etmək.
İş şəraiti:
• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı razılaşma əsasında
Vakansiyaya müraciət üçün CV-ləri “
Elektron ticarət üzrə mütəxəssis ” mövzusu ilə
[email protected] e-mail ünvanına
17.05.2021-ci il tarixinədək göndərməyiniz xahiş olunur.