Çinin Quyçjou əyalətinin sakini tufan zamanı beş dəqiqə ərzində iki dəfə ildırım vurduqdan sonra sağ qalıb. 

 Foodinfo.az bildirir ki, bu barədə "Oddity Central" xəbər verir.

Belə ki, Liu Nan adlı şəxs evdə olarkən qəfildən işıq parıltısı görüb. Bundan sonra çinli huşunu itirib. 

Nan özünə gələndə yenə şimşək çaxdığını görüb və onu yenə ildırım vurub.

İkinci dəfə oyanan kişi xanımının və uşaqlarının ona dəhşətlə baxdığını görüb. Yalnız bundan sonra onu ildırım vurduğunu anlayıb. 

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. O, ayaq, bel və omba nahiyəsindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb.