Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Foodinfo.az xəbər verir ki, bu barədə “Səhər Mərkəzi” proqramında məlumat verilib.
Bildirilib ki, 69 yaşlı müğənnidə 13 gün əvvəl “COVID-19” aşkarlanıb.
Qeyd olunub ki, B. Əşrəfovun səhhəti qaydasına düşmür. Belə ki, yaşı səbəbindən xəstəliyi ağır keçirir, təngnəfəslikdən əziyyət çəkir.