
Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Rayonun Hünanlar yaşayış massivində bir ailənin 4 üzvü, ilkin ehtimala görə, balıqdan zəhərlənib.
Onlar xəstəxanaya yerləşdirilib. Bunlar 1967-ci il təvəllüdlü Əliyev Tahir Abbas oğlu və 1966-cı il təvəllüdlü Abbasov İlqar Fərhad oğludur.
Faktla bağlı araşdırma aparılır. (Report)