İyunun 15-də İçərişəhərdə Qoşa qala qapısı yaxınlığında “Summer Food Fest” yemək festivalı təşkil ediləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Foodinfo.az-a bildirilib ki, festivalda paytaxtın 20-dən çox restoran və kafesi sevilən yeməklərdən əlavə, xüsusi menyular da təqdim edəcək. İştirakçıları hər gün saat 11-dən 23-dək restoranlar tərəfindən təşkil ediləcək viktorinalar, master-klaslar, dequstasiyalar, uşaqlar üçün əyləncə, həmçinin zövqlü musiqi gözləyir. Qoruq İdarəsi və “Meal for Real onlayn” kulinariya platforması tərəfindən təşkil olunan festival iyulun 1-dək davam edəcək.