2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 30 milyon 342 min dollar dəyərində 104 min 521ton azot gübrəsi ixrac olunub.

Foodinfo.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 68 milyon 156 min dollar dəyərində 96 min 176 ton azot gübrəsi ixrac olunmuşdu. Beləliklə, azot gübrəsi ixracı dəyər ifadəsilə 2,2 dəfə (55,5%) azalıb, miqdar ifadəsilə 1,1 dəfə (8,3%) artıb.

Bir ton azot gübrəsinin orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 706 dollar ikən, 2023-cü ilin 4 ayında 290 dollar olub.