ABŞ Dövlət Departamenti Qara dəniz üzrə taxıl təşəbbüsünün davam etdirilməsinin zəruriliyini qeyd edib və onun uzadılmasına çağırıb.

 Foodinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bildirilib ki, gəmilərin Ukrayna limanlarına daxil ola bilməsi və daha çox ərzağın dünya bazarlarına çıxarılması üçün bu təşəbbüsün uzadılmasına ehtiyac var.

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Rusiya Ukrayna ilə müharibədə aclıqdan silah kimi istifadə etməyi dayandırmalıdır.

Xatırladaq ki, daha əvvəl İstanbulda Türkiyə, Ukrayna, Rusiya müdafiə nazirlərinin müavinləri və BMT nümayəndələri arasında “taxıl sazişi” ilə bağlı görüş başlayıb.