50 yaşdan sonra orqanizmdə retinolun (A vitamininin) miqdarı əhəmiyyətli dərəcədə azalır, buna görə də onun qəbuluna ehtiyac artır. Bəs bu faydalı emenent hansı məhsullarda var?

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Mütəxəssis bildirib ki, balıq yağı, qara və qırmızı kürü, gavalı, ərik, çaytikanı və sərt növ pendirlərdə çoxlu A vitamini var. Həmçinin, retinol çatışmazlığının qarşısını almaq üçün qida rasionuna toyuq yumurtası və toyuq qaraciyəri daxil edilməlidir.

"50 yaşdan yuxarı insanlar, şübhəsiz ki, bu cür məhsulları öz rasionlarına daxil etməlidirlər. Bu yaş kateqoriyası üçün A vitaminində gündəlik tələbat təxminən 1000 milliqramdır", - deyə Solomatina əlavə edib.

Həkim qeyd edib ki, A vitamini çatışmazlığı dərinin və selikli qişaların qurumasına, eləcə də görmə zəifliyinə və saçın kövrəkliyinin artmasına səbəb ola bilər.