Yulaf südü, xüsusilə süd məhsullarından uzaq duranlar üçün ideal bitki əsaslı alternativdir. Hem dadı, hem də sağlamlığa olan təsirləri baxımından son illər geniş istifadə olunur.

Foodinfo.az yulaf südünün əsas faydalarını təqdim edir:

1. Ürək sağlamlığı üçün faydalıdır

Yulaf südü beta-qlukan adlı xüsusi liflə zəngindir. Bu maddə xolesterolu salmağa, damarların elastikliyini qorumağa, ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

2. Həzm sisteminə müsbət təsir edir

Tərkibindəki liflər qəbizlik problemini yüngülləşdirir, bağırsaq mikroflorasını dəstəkləyir, həzm prosesini tənzimləyir.

3. Enerji və beyin üçün faydalıdır

Yulaf təbii olaraq karbohidrat və B qrup vitaminləri ilə zəngindir. Bu da enerji verir, konsentrasiyanı artırır, sinir sisteminin dəstəklənməsinə yardım edir.

4. Dərini və saçları dəstəkləyir 

Yulaf südündə E vitamini və antioksidantlar var. Bu maddələr dərinin nəmliliyini qoruyur, qıcıqlanmanı azaldır, təbii dəri parlaqlığını dəstəkləyir.

5. Laktazasız və vegan dostudur

Südə qarşı həssaslığı olanlar üçün əla alternativdir. Heyvani mənşəli tərkibi yoxdur, veganlar və vegetarianlar üçün uyğundur.

6. Kalorisi süddən azdır 

Arıqlamaq istəyənlər üçün daha uyğun seçim ola bilər.

Marketdən alınan yulaf südlərində əlavə şəkər, dadlandırıcı və qatqılar ola bilər. Təbii və şəkərsiz olanları seçmək məsləhətdir.