
Hər gün qatıq yemək ümumilikdə sağlamlıq üçün faydalıdır. Qatıq orqanizm üçün vacib olan probiotiklər, zülal, kalsium və B vitaminləri ilə zəngindir.
Foodinfo.az xəbər verir ki, qatıq həzm sisteminə müsbət təsir göstərir, bağırsaq florasını gücləndirir, qəbizlik və digər həzm pozuntularının qarşısını alır. İmmunitet sistemini dəstəkləyir, xüsusilə ev şəraitində hazırlanmış qatıq bu baxımdan daha təsirlidir.
Qatıq sümüklərin möhkəmlənməsinə kömək edir, çünki tərkibindəki kalsium və D vitamini sümük toxumasının qorunmasında mühüm rol oynayır.
Eyni zamanda tərkibindəki zülal toxluq hissini artırır, bu isə arıqlamaq istəyən insanlar üçün əlavə üstünlük yaradır.
Qatıq dərini və saçları da qidalandırır, çünki tərkibindəki vitaminlər və minerallar hüceyrələrin yenilənməsini dəstəkləyir.
Lakin hər şeydə olduğu kimi, qatıq istehlakında da ölçü vacibdir. Gündə 1–2 stəkan kifayət edir. Şəkərli, dadlandırıcılı market qatığı yerinə şəkərsiz və təbii qatıq seçmək tövsiyə olunur. Laktosa qarşı həssaslığı olan şəxslər isə laktozsuz qatıq növlərinə üstünlük verməlidirlər.