Göyərti sağlam bədəni qorumaq üçün lazım olan pəhriz lifi, vitamin və mineralların mühüm mənbəyidir. Bundan əlavə, onun tərkibində çoxlu miqdarda C və K vitaminləri var. Diyetoloq və şüurlu qidalanma və sağlam həyat tərzi üzrə mütəxəssis Marina Makişanın dediyinə görə istənilən göyərtidə K vitamini var, lakin bu baxımdan adi cəfəri liderdir. Bu vitamin orqanizmdə kalsiumun normal mənimsənilməsi üçün mühüm rol oynayır və gündəlik tələbatı əldə etmək üçün cəmi 10 qram cəfəri kifayətdir.