Dönər isti və təzə yeyildikdə həm dadlı, həm də təhlükəsiz olur. Ancaq düzgün saxlanmadıqda bakteriyalar sürətlə çoxalır və qida zəhərlənməsi riski artır. 

Foodinfo.az xəbər verir ki, dönər otaq temperaturunda 2 saatdan çox saxlanmamalıdır. Əgər 2 saatı keçibsə, dönərin yeyilməsi təhlükəli ola bilər. 

Soyuducuda isə dönəri 1 gün, yəni maksimum 24 saat saxlamaq məsləhət görülür. Bu müddət ərzində yenidən qızdırmaq mütləqdir.

Dondurucuda saxlanıldıqda dönər 1 aya qədər qala bilər, lakin bu zaman dad və tekstura dəyişəcək. 

İstənilən halda, saxlanılmış dönəri yeməzdən əvvəl yaxşıca qızdırmaq vacibdir. Dönəri bişən kimi yemək sağlamlıq baxımından daha doğrudur.