Buzlu içkilər qastrit və xoraların kəskinləşməsinə səbəb ola bilər. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq və qidalanma mütəxəssisi Yevgeni Arzamastsev məlumat verib. Mütəxəssis “Moskva 24” saytına açıqlamasında soyuq içkilərin mədə-bağırsaq traktında qan dövranını zəiflədiyini qeyd edib.

Onun sözlərinə görə, bu proses həzm fermentlərinin fəaliyyətini zəiflədir və qidanın parçalanmasını çətinləşdirir. Sağlam şəxslər üçün bu, ciddi təhlükə yaratmasa da, həssas və ya xəstə mədəyə malik insanlar üçün risklidir. Arzamastsev bildirib ki, qastrit və xora kimi xəstəliklər zamanı buzlu içkilər vəziyyəti ağırlaşdıra bilər.

Ekspert qeyd edib ki, bu içkilər həzm prosesini ləngidir və qidanın mədədə daha uzun müddət qalmasına səbəb olur. Bu isə, xüsusilə mədə-ezofagial reflü xəstəliyi olan insanlar üçün təhlükəlidir. Çünki belə hallarda soyuq içkilər öd axınının artmasına və özofagusa zərər vurmasına gətirib çıxarır.

Həkim mədə problemləri olan şəxslərə içkiləri otaq temperaturunda və ya ilıq qəbul etməyi məsləhət görüb. O, sağlam fərdlərin isə buzlu içkiləri ehtiyatla qəbul etməsinin daha doğru olduğunu bildirib. Qida və içki seçiminə diqqət etməyin həzm sisteminin sağlamlığı üçün vacib olduğu vurğulanıb.