Birləşmiş Taxıl Şirkətindən (UZK) TASS-a verilən məlumata görə, Türkiyədən 885 min ədəddən çox həcmdə toyuq yumurtası Rusiyaya daxil olub, baytarlıq nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçib.

“Yanvarın 27-də “OZK Group”un Türkiyədən gətirdiyi yumurta partiyası Novorossiysk limanında boşaldılıb, baytarlıq nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçib. Tədarük edilən toyuq yumurtası partiyasının ölçüsü 885 min ədəddən çoxdur”, - deyə şirkətdən bildirilib.

Yaxın vaxtlarda mallar rusiyalı alıcıya veriləcək.

Fərid