Dünyada ərzaq qiymətləri azalsa da, Türkiyədə artmaqda davam edir. Foodinfo.az xəbər verir ki, iqtisadçı Tunç Şatıroğlunun açıqlamasına görə, Türkiyə ərzaq inflyasiyasında Venesuela və Livanı geridə qoyaraq dünyada 3-cü yerə yüksəlib.

Türkiyənin ərzaq qiymətlərində zirvəyə yaxın olduğunu vurğulayan Şatıroğlu, "Argentina və Zimbabvedən başqa rəqibimiz yoxdur" ifadəsini işlədib.

Tunç Şatıroğlu, Mərkəzi Bankın MPC hesabatında yer alan “İdarə Heyəti qiymət sabitliyi əsas hədəfi istiqamətində sərəncamında olan bütün vasitələrdən qətiyyətlə istifadə edəcək” ifadələrinə toxunaraq, bildirib ki, bu istiqamətdə ciddi düşünmək lazımdır.

Fərid