Toyuq əti bədən quruluşuna diqqət edənlər və ya idmanla məşğul olanlar arasında ən populyar qidalardandır Bəs həftədə neçə dəfə toyuq əti yemək olar?

Foodinfo.az xəbər verir ki, bu barədə tədris sahəsində çalışan cərrah Aleksandr Umnov danışıb.

Onun sözlərinə görə, yağsız və ucuz olan toyuq ətinin 100 qramında təxminən 15 q zülal, 16 q yağ var və praktiki olaraq heç bir karbohidrat yoxdur, buna görə də diabet xəstələri və artıq çəki almaq istəməyənlərə uyğundur. 100 qramında təxminən 120-130 kalori olur. Tərkibində A, C, E, B qruplarından olan vitaminlər, mikroelementlər var.

Bundan əlavə, toyuq asanlıqla həzm olunur və mədə-bağırsaq traktının qıcıqlanmasına səbəb olmur. Toyuq ətində, həmçinin, çoxlu kalsium, fosfor və zülal var ki, bu da dayaq-hərəkət aparatının formalaşması üçün zəruridir.

Lakin həkim xəbərdarlıq edib ki, məşqlə məşğul olmadıqda həftədə üç dəfədən çox toyuq yemək tövsiyə olunmur, çünki həddindən artıq kalsium qəbulu səbəbindən urolitiyaz (böyrək daşının əmələ gəlməsi), ürək-damar xəstəliklərinin (aritmiya) inkişaf riski var. Bəzən toyuq yumurtasına qarşı allergiyası olan insanlarda toyuq ətinəqarşı da allergiya yarana bilər. 


Bir çoxlarının ləzzətlə yediyi toyuq dərisi isə fermalarda quşların yediyi yemdəki toksinlərin və antibiotikləri özündə ən çox yığan hissədir. Buna görə də qrildə bişmiş toyuq və xüsusən də onun qızardılmış dərisi, dadlı olsa da, çox təhlükəlidir. 

Dərmanlardan istifadə olunduğu üçün toyuqlarda antibiotiklərə davamlı bakteriyalar inkişaf edə bilər ki, bu da insanlar üçün çox təhlükəlidir.

Çiy quş əti istifadə olunduqda nematodlar fəsiləsindən olan qurdlara (məsələn, Acuaria, Ascaridia galli) yoluxma riski yaranır. 12 santimetrə qədər uzunluqda olan bu qurdlar ağ rəngdədir. Onlar qanazlığı, halsızlıq, bağırsaq qanaxmasına səbəb olur. Ona görə də toyuğu etibarlı yerlərdən alın və çiy qiymə, yaxud ət yeməyin! 

Leyla