Kanada Xalq Sağlamlığı Agentliyinə görə, dörd milyon kanadalı hər il çirklənmiş qidadan xəstələnir. Foodinfo.az xəbər verir ki, qida ilə əlaqəli xəstəliklərdən hər il 11,500-dən çox insan xəstəxanaya yerləşdirilir ki, bunun da 250-i ölümlə nəticələnir.

Açıqlamaya görə buna səbəb daha çox restoranlarda yeməkdir. Çöldə yemək zamanı qida zəhərlənməsi riskinizi azaltmağın yolu yüksək riskli qidalardan çəkinməkdir.

Kanada Səhiyyə Təşkilatına görə, göyərtilər bu sıraya daxildir. Çünki yetişdirilən zaman E. coli və salmonella kimi zərərli patogenlərlə çirklənə bilər.

Belə ki, göyərti yaxşıca yuyulmalı, temperaturu 4,4 C və ya daha soyuq olan təmiz soyuducuda saxlanmalı və təmiz kəsici lövhələrə kəsilməlidir.

İkinci yerdə az bişmiş ətlər gəlir. Bu zaman onların tərkibində olan zərərli mikroblar tam olaraq ölmür.