Dünyada hər il baş verən qida tullantılarının 61%-i, israf edilən qidalardan qaynaqlanır. Foodinfo.az xəbəe verir ki, araşdırmalar göstərir ki, 2022-ci ildə təxminən 783 milyon insan aclıqla üzləşib. Dünyada hər il 931 milyon ton ərzaq israf edildiyi halda, ölkəmizdə 18,1 milyon ton ərzaq israf edilir ki, bu da hər il 603 min zibil maşınının daşıdığı zibilin miqdarına uyğundur.

Qida tullantıları həm də kənd təsərrüfatında istifadə olunan suyun dörddə birinin boş yerə getməsinə səbəb olur. Ərzaq yeməli olana qədər tonlarla litr su istifadə edildiyi üçün atılan hər qida su israfına səbəb olur. Atılan hər 1 kq ət üçün 15500 litr, hər 1 kq pomidor üçün isə 184 litr su israf edilir.

Qida tullantıları qlobal istixana qazı emissiyalarının təxminən 8% -dən 10% -ə qədərini, təxminən Çinin ölçüsünü təşkil edir.