Dərman preparatları, qida əlavələri və tibbi ləvazimatların gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İstanbul-Bakı aviareysilə birgə gələn iki sərnişinin yüklərinə baxış keçirilib.

Baxış zamanı gömrük nəzarətinə əvvəlcədən yazılı, şifahi və elektron formada bəyan edilməyən 13 adda, ümumilikdə 14588 ədəd dərman preparatı, qida əlavəsi, qan şəkəri test çubuğu və digər tibbi ləvazimatlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.