Bütün müasir məhsulların tərkibində olan konservantlar yalnız allergiya xəstələri üçün təhlükə yaradır. Foodinfo.az xəbər verir ki, bunu Pravda.ru ilə söhbətində yüksək ixtisaslı terapevt Lyudmila Lapa deyib.

Mütəxəssisin sözlərinə görə, qida allergiyasından əziyyət çəkən insanlar hansı qidalardan və konservantlardan istifadə etməməli olduqlarını bilirlər.

Sağlam insanların mədə-bağırsaq, immun sistemi konsevarntları mükəmməl şəkildə emal edir, ondan istifadə edir və atır.

Mütəxəssis qeyd edib ki, belə miflər çox vaxt palma yağına aid olunur. Onun sözlərinə görə, tərkibindəki məhsullar müəyyən edilmiş standartlara uyğun istehsal olunarsa bu yağın yeyilməsində heç bir problem yoxdur.

Leyla