Qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya sağlamlığa zərər verə biləcək yay vərdişlərindən danışıb.
Foodinfo.az bildirir ki, o, Sputnik radiosuna müsahibəsində deyib ki, bəzi insanlar istilik gələndə soyuducudan yeməyi qızdırmır, həmçinin içkilərə buz qatırlar.
Həkim izah edib ki, bədənə daxil olan soyuq yemək vazospazma, o cümlədən ürək damarlarının refleks spazmına səbəb ola bilər.
Berejnaya görə, soyuq qidaların daimi istehlakı həzm prosesinin pozulmasına və xroniki iltihaba səbəb ola bilər.

Nərmin