Məhsulun yığılması, südün sağılması, həmçinin heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla, ilkin istehsal məhsullarının istehsalı, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması ilkin istehsala aiddir. İlkin istehsal məhsullarına isə ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan alınan qida və yem məhsulları, o cümlədən balıq və balıq kürüsü, dəniz məhsulları, bal, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları daxildir. 

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da bildirilir. 

Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 1 nömrəli əlavə “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri” ilə bağlıdır. Həmin əlavə ilkin istehsala və əlaqəli fəaliyyətlərə tətbiq olunur. Əlaqəli fəaliyyətlərə isə ilkin istehsal məhsullarının istehsal ərazisində daşınması, saxlanması və ilkin xüsusiyyətlərinə əhəmiyyətli dəyişiklik edilmədən emalı (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən), diri heyvanların daşınması və məhsulun ilkin xüsusiyyətinə əhəmiyyətli dəyişiklik etmədən ilkin istehsal məhsulların istehsal yerindən digər qida obyektlərinə daşınması daxildir.