Onkoloq-kimyaterapevt Maksim Astraxantsev bildirib ki, pəhriz xərçəngin qarşısının alınmasında mühüm rol oynayır. O, RIAMO-ya müsahibəsində deyib ki, bədxassəli yenitörəmələrin riskini minimuma endirmək üçün menyuya antioksidant mənbələri əlavə etmək lazımdır.

"Antioksidantların təbii qaynaqlarına moruq, üzüm, nar, pomidor, badımcan və avokado daxildir. Antioksidantlar bədəndə hüceyrə zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə aparır", - deyə həkim qeyd edib.