Rusiyalı kulinar Vladimir Muxin karantin günlərində evə yemək sifarişi edən insanları diqqətli olmağa dəvət edib. Foodinfo.az Oxu.az-a istinadən məlumat verir ki, mütəxəssis insan orqanizminə daha çox zərər vura biləcək məhsulun adını çəkib. V.Muxin yemək seçimi zamanı dəniz məhsullarından imtina etməyi tövsiyə edir. V.Muxin müştəriləri keyfiyyətinə əmin olduqları restoranlara müraciət etməyi məsləhət görür. “Termik emal oluna bilən hər şeyi sifariş etmək olar”, - deyə aşpaz məsləhət verib.