Göygöl rayon sakini qidadan zəhərlənərək ölüb. Foodinfo.az-ın APA-ya istinadən məlumatına görə, ölən şəxs rayonun Yeni Qızılca kənd sakini, 1965-ci il təvəllüdlü Orucova Fatma Mahmud qızıdır. Onun meyitini övladları yaşadığı evdən tapıblar. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.