Türkiyəli müğənni Nazan Öncel sosial şəbəkədə çörəyi yandırması videosu ilə gündəmə damğasını vurub. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, marketlərdən alınan istər ərzaq, istərsə də məişətdə istifadə edilən əşyaları dezinfeksiyaedici məhlullarla təmizləyən sənətçi çörəyə gəldikdə qəribə üsula əl atıb. O, çörəyi qaz plitəsi üzərində qızdırdığını nümayiş etdirib. Məşhur müğənninin dezinfeksiya üsulu görənlərin heyrətinə səbəb olub. Bir çoxları çörəyin belə dezinfeksiyanın mənasız olduğunu bildirib.