Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Foodinfo.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.   Namiq Musayev