Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Foodinfo.az-ın APA-ya istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Əliyev Sərxan Füzuli oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 37 yaşlı kişi avtomobilini yolun kənarında saxlayaraq sirkə turşusu içib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.