2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,75 faiz artaraq 29,558 milyon dollar təşkil edib. Foodinfo.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. Mart ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin martı ilə müqayisədə 34,16 faiz artıb və 14,211 milyon dollara bərabər olub. Yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 1,81 milyard dollar təşkil edib. Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,2 faizə bərabər olub. Son 12 ay ərzində (mart 2019 - mart 2019) Türkiyə 6,887 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.
Son xəbərlər
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq
- Limon dilimlərini dondurun - 6 MƏSLƏHƏT