Bu ilin birinci rübündə Azərbaycan Gürcüstandan ümumi dəyəri 2 737 min ABŞ dolları olan 16 777 ton azot gübrəsi idxal edib. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Azərbaycanın qonşu ölkədən aldığı gübrənin həcmi 4,736 ton və yaxud 39% artıb.