Bu ilin yanvar-mart aylarında Azərbaycan 9,141 milyon ABŞ dolları dəyərində 14 404 ton düyü idxal edib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,469 milyon ABŞ dolları (13,8%) az və 1 500 ton (11,6%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,35%-ni təşkil edib.