Ağciyərlərin iltihabı olan, xüsusən koronavirusun ağırlaşması kimi xəstələri öldürən pnevmoniyanı pnevmokokk bakteriyaları yaradır. Onlar dərmanlara alışır, onlardan güclü çıxır, müalicələrə asanlıqla təslim olmur. Amma ağciyərlərin digər xəstəlikləri də var: vərəm, plevrit, bronxit, astma və s. Bu zaman müalicə ilə yanaşı dietarapiya, düzgün qidalanma və maye qəbulu vacibdir. Qəribə də olsa ağciyərlərdən qida və sudan çox asılıdır. Foodinfo.az medicina.az-a istinadən pnevmoniya və ağciyər xəstələri üçün xüsusi menyu və faydalı qidaları təqdim edir. Bu pəhriz nümunələri elə siz də ağciyərlərin sağlamlığı üçün tətbiq edə bilərsiz. Lazımi ərzaqlar: Kartof püresi, pomidor şorbası, pomidor suyu, yabanı düyü, perlova ilə tərəvəzli şorba, mannı, kəsmikli piroqlar, omlet, üzümlü yoqurt. Xəstələrə A vitamini ilə zəngin qidalar çox lazımdır. Bunlar yumurta sarısı, yaşıl soğan, kərə yağı, kök, yemişan,qırmızı bibər, göyərtilər, mal qaraciyəri Müalicə dövründə C vitamini ilə gücləndirilmiş, yəni limonlu, sitrus meyvəli, giləmeyvəli 2 litr su sutka ərzində içilə bilər. Bitki çayları, itburnu dəmləməsi, mors, kompotlar, kisellər. Qadağan olunan məhsullar: Allergen məhsullar, şəkər, şirniyyat, qazlı içki, rəngli qidalar, süd, qəhvə, tünd çay, acılı souslar, ədviyyatlar, alkoqol, çox yağlı qidalar, qızarmalar. Sutka ərzində duzun miqdarı 7 qr çox olmamalıdır. Hazırlanan yeməklər çox xırda tikələrə doğranmalı, duru və sulu yeməklər blenderdən püre halına salınmalıdır. Gündəlik menyu nümunələri: Səhər yeməyi: qarabaşaq sıyığı suda - 200 qr, yaşıl çay - 200 ml, banan 1 ədəd Saat 12:00- Kefir, qatıq bir stəkan Günorta: tərəvəz şorbası toyuqlu, kartof püresi - 100 qr, pomidor xiyar salatı - 100 qr, itburnu çayı Günarası: meyvə, çay, kompot Axşama: makaron, mal ətindən küftə, meyvə kompotu Variant 2 Səhər: qayğanaq, pendir, itburnu çayı, kərə yağı çörəklə Günorta: vermişel şorbası mal bulyonunda, kələm qovurması, kompot Günaşırı: alma şirəsi, kəsmik Axşama: Suda bişmiş düyü, hind quşu əti, pomidor, göyərti salatı. Bitki çayı Gecə: qatıq bir stəkan