Kollagen dərinin 75%-ni və bədənin 35%-ni təşkil edən, oynaqları və daxili orqanları bir arada tutan, bütün bədən üçün 'açar' rol oynayan, dərinin elastikliyini və davamlılığını təmin edən mühüm bir zülaldır. Bədənimiz özü kollageni istehsal edə bilər. Ancaq bədəndə kollagen itkisi hər il, xüsusilə 25 yaşdan sonra 1% azalır. Hər şeydən əvvəl, ehtiyacımız olan kollagenin istehsalı üçün adekvat və balanslı bir pəhrizə sahib olmaq vacibdir. Yəni yaş, boy, cins və çəki kimi əsas xüsusiyyətləri nəzərə alaraq ehtiyacınız olan qidalanmanı qarşılamaq lazımdır. 

Foodinfo.az-ın məlumatına görə, siqaret, spirtli içki, stress, oturaq həyat tərzi, radiasiyaya məruz qalma kimi faktorlar varsa, orqanizmdə kollagen istehsalına mənfi təsir göstərir. Bu amillərdən ən azı biri varsa, yaşdan asılı olmayaraq kollagen istehsalı azalacaq.

Kollagen itkisinin qarşısını necə almaq olar? 

Kollagen itkisinin qarşısını almaq üçün həftədə iki dəfə qırmızı ət, həftədə iki dəfə toyuq və ya balıq yemək lazımdır. 

Pəhrizdə kollagenlə və omeqa 3 ilə zəngin olan mal əti, hinduşka, toyuq və balıq əti olmalıdır. Sümüklü mal əti uzun müddət qaynadıqdan sonra kollagen qaynar suya keçir. 

Yumurta sarısı və ağı zəngin kollagenin mənbəyidir. 

Kollagen itkisinin qarşısını almaq üçün pəhrizinizə ispanaq, nanə, gicitkən, əməköməci, avokado, brokoli və adaçayı əlavə edin. 

Gündəlik pəhrizinizə qoz-fındıq və başqa toxumlar daxil edin. 

Kətan toxumu, çia toxumu, sarımsaq, sitrus meyvələri, süd və süd məhsulları, avokado, qırmızı və bənövşəyi meyvələr kollagenlə zəngin qidalardır.

Ananas, limon, portağal, yerkökü, balqabaq, qreypfrut və kivi kimi C vitamini ilə zəngin meyvə və tərəvəzlərdən istifadə edin. 

Kərəviz, zeytun, sarımsaq, tofu, soğan, pırasa, banan və xiyar kimi kükürd birləşmələri olan qidaları yeyin.

Moruq, böyürtkən, qaragilə, çiyələk, albalı, zoğal, alma, çuğundur və pomidor kimi meyvələri istehlakınıza daxil edin. 

Süd və süd məhsullarını gündəlik rasionunuza daxil etməyinizə əmin olun. İnək südü, ağ pendir, kəsmik və soya südü kollagen itkisinin qarşısını alır.