Diyetoloq Elena Solomatina turpun faydalı xüsusiyyətlərini sadlayıb.

Mütəxəssisin sözlərinə görə, turpun tərkibində dəri və selikli qişaları virusların orqanizmə nüfuz etməsindən qoruyan beta-karotin, həmçinin C vitamini, B vitaminləri, fol turşusu, kalium, maqnezium, üzvi yağlar var.

Bundan əlavə, turp həzmi yaxşılaşdırır və xoleretik təsir göstərir.

“Turpun tərkibindəki lif mikrobiomumuz üçün əla qidadır. İmmunitet və ürək-damar sistemlərinin fəaliyyəti onun vəziyyətindən asılıdır. Bir çox tədqiqat mikrobiomun əhval-ruhiyyəyə təsir etdiyini təsdiqləyir. Bundan əlavə, turp aşağı kalorilidir və tez toxluğa nail olmağa imkan verir”, - Solomatina bildirib.