Qarpız, qarameyvə aroniya və mərcangilə qan təzyiqini aşağı salmağa və qan damarlarını gücləndirməyə kömək edir. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina məlumat verib.

"Qarpız sidikqovucu təsirə malikdir, yəni bədəndən artıq mayeni xaric edir. Damar divarına da müsbət təsir edir, damarları genişləndirir. Giləmeyvələr arasında maqnezium tərkibinə görə qarpız birinci yerdədir. Bəzən yüksək təzyiq zamanı tərkibində bu element olan  damcılar təyin olunur”, - deyə həkim izah edib.

Mərcangilə də bədəndən artıq mayeni çıxarır və həmçinin dövran edən qanın həcmini azaldır, bunun sayəsində bədəndəki şişkinlik gedir, təzyiq azalır və qan damarları güclənir. Bu giləmeyvə çox miqdarda C vitamini ehtiva edir.

Muxina əlavə edib ki, qarameyvə aroniya da yüksək təzyiqin öhdəsindən yaxşı gəlir. Bu giləmeyvə qan damarlarının divarlarına müsbət təsir göstərən çoxlu miqdarda rutin, katexin, kversetin və antosianinlə zəngindir.

Həkimin sözlərinə görə, qan təzyiqini azaltmaq üçün təzə giləmeyvə yemək lazımdır. Lakin onlrdan faydalı dəmləmələr və morslar da hazırlaya bilərsiniz.

Leyla