Bəzi qəlyanaltılar xərçəng riskini artırır.
Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq və diyetoloq Yanina Lemeşko danışıb.
Onun sözlərinə görə, insanlar arasında yoğun və düz bağırsağa təsir edən kolorektal xərçəng daha çox yayılıb. Bu xəstəliklərin qarşısını almaq üçün o, qida rasionunun dəyişdirilməsini təklif edib: şəkər və emal olunmuş ət istehlakını azaltmaq, lif, zülal və sağlam yağların qəbulunu artırmaq.
Lemeşko vurğulayıb ki, bu məlumat insanların yalnız toyuq filesi və salata keçməsinin lazım olduğunu bildirmir. Lakin kolbasa və emal olunmuş ətlərin istehlakını həftədə 500 qram, gündə isə 50 qramla məhdudlaşdırmaq məsləhətdir.
Həkimin fikrincə, bu normanı aşmaq kolorektal xərçəngə tutulma riskini artırır. Yoğun bağırsaq xərçənginin qarşısını almaq üçün Lemeşko gündəlik 40-55 q lif qəbul etməyi məsləhət görür ki, bu da su ilə zəngin olan 600-800 q tərəvəz, meyvə, giləmeyvə və göyərtini çiy və ya bişmiş halda yeməklə əldə oluna bilər.