Piylənmə riskindən xilas olmaq üçün boşqabdakı məhsulların düzgün birləşməsinə və miqdarına diqqət etmək lazımdır. 

 Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq, tibb elmləri namizədi Zuxra Pavlova deyib.

Belə ki, onun sözlərinə görə, boşqabın dörddə biri zülal tərkibli məhsullara ayrılmalıdır. Bu hissə yalnız heyvan mənşəli zülallara aiddir, çünki bitki mənşəli zülallar daha gec həzm olunur.

"Zülal bizim boşqabımızdakı ən qiymətli maddədir, çünki bədəndə hər şey ondan əmələ gələ bilər: həm zülal, həm yağ, həm də karbohidratlar. Buna görə də zülallar universal makronutrient adlanır”, - deyə həkim izah edib.

Mütəxəssis əlavə edib ki, insan bir tikə balıq yedikdə orqanizm özü zülal, zəruri yağ və karbohidratları sintez edir. 

Onu da qeyd edək ki, bütün yağlar zülaldan əmələ gəlmir. Bu səbəbdən omeqa-3 yağını qida əlavələrindən almaq yaxşıdır.

Mütəxəssisin fikrincə, heyvan mənşəli zülal, balıqla yanaşı, yumurta, ət, quş əti və kənd qatığı kimi süd məhsullarından da qəbul edilməlidir.

Karbohidratlar da porsun təxminən 25% -ni tutmalıdır. Bu, taxıl məhsulları, makaron və çovdar çörəyi ola bilər, lakin onları qarışdırmamaq məsləhətdir. Pavlova kişilərə dənli bitkilərdən (yaxud makarondan) 5-6 xörək qaşığı yeməyi məsləhət görüb, qadınlara isə 3 qaşıq da kifayət edər.

Boşqabda qalan yerin 35% -i tərəvəz ilə doldurulmalıdır: turp, çuğundur, yerkökü, kartof və ya kələm. 15%-i isə meyvəyə ayrılmalıdır.

"Bizə meyvələrdən daha çox tərəvəz lazımdır və tərəvəzi həm səhər, həm günorta, həm də axşam yeyə bilərik. Lakin meyvələr yalnız səhər yeməyində və naharda və yalnız desert kimi yeyilməlidir. Mövsümə uyğun meyvələr arasında da seçici olmalıyıq", - deyə Pavlova qeyd edib.