Hər bir insan həyatının bir dönəmində yuxusuzluqla qarşılaşa bilər. İndiyə qədər heç kimin bilmədiyi təbii üsulla bu yuxusuzluq problemini tamamilə həll edə bilərsiniz. Gecə yatmazdan əvvəl sağlamlıq üçün çox faydalı olan qara üzüm yesəniz, yuxusuzluğa son verə bilərsiniz. 

Foodinfo.az xəbər verir ki, ABŞ-da aparılan elmi araşdırmalara görə, qara üzüm çox güclü antioksidant mənbəyidir və hətta yuxusuzluq problemini də həll edə bilir. Elmi araşdırmaların nəticələrinə görə, qara üzüm orqanizmdə yuxu üçün lazım olan melatonin hormonunun ifrazını tetikler.

Gecələr sağlam və rahat yatmaq istəyənlər bədənlərində melatonin hormonunu ifraz etməlidirlər. Stressli həyat və gecələr istehlak edilən çay və qəhvə kimi kofeinli məhsullar yuxusuzluq problemlərinə səbəb ola bilər. Bunları etməsəniz belə, yuxuya getməkdə çətinlik çəkirsinizsə, melatonin hormonunu tətikləyən qidaları istehlak etməyiniz tövsiyə edilir. 

Qara üzüm çox yaxşı melatonin mənbəyi kimi tanınır. Gecə yatmazdan əvvəl qara üzüm istehlak etmək yuxu keyfiyyətinizi maksimum dərəcədə artıracaq. O, antioksidantlarla zəngin olduğu üçün bədəni toksinlərdən təmizləyir. 

Keyfiyyətli, sağlam və fasiləsiz gecə yuxusunu təmin etmək üçün müntəzəm olaraq qara üzüm istehlak etmək vacibdir. Qara üzümün faydaları bununla məhdudlaşmır. Onun tərkibində sirtuin adlı bir birləşmə var. Bu, bədəndəki protein strukturunu stimullaşdırır və bədənin daha sağlam işləməsinə kömək edir. 

Qara üzüm kaloriləri məhdudlaşdırmağa, sağlam və fit bədənə sahib olmanıza kömək edir. O, orqanizmdə iltihabı azaltdığı üçün pəhrizlərə daxil edilməli olan meyvələrdəndir.