Dietoloq Kirsten Cekson, xüsusilə arıqlamaq istəyənlər üçün, Aralıq dənizi pəhrizinin effektivliyini maksimal dərəcədə artıracaq üç əsas qaydanı açıqlayıb.
İlk olaraq, Cekson yeməkdə zeytun yağından istifadənin vacibliyini vurğulayıb. Bu yağ təkcə yeməyin dadını yaxşılaşdırmır, həm də tərkibində iltihablı xəstəliklər və xərçənglə əlaqəli sərbəst radikallarla mübarizə aparan polifenollar var.
İkinci növbədə, həkim hər yeməkdə tərəvəzə üstünlük verməyin vacibliyini qeyd edib və boşqabın ən azı üçdə birini, daha yaxşı isə yarısını tərəvəzlə doldurmağı tövsiyə edib. Bu, rasionunuzu qidalandırıcı maddələr və liflə zəngin edəcək.
Nəhayət, Cekson tam buğda çörəyi, qəhvəyi düyü və tam taxıllı makaron kimi "qəhvəyi" karbohidratlara onların ağ analoqlarından daha çox üstünlük verməyi tövsiyə edib. Tam taxıl məhsullarının diabet, xərçəng və ürək xəstəlikləri riskini azaltdığı sübut olunub.
Bundan əlavə, dietoloq Aralıq dənizi pəhrizinin menyusuna noxudun daxil edilməsini təklif edib. O, həmçinin sobada bişmiş tərəvəzlərin istənilən Aralıq dənizi yeməyinin yanında sadə və uyğun qarnir olduğunu qeyd edib.
Fərid