Qırmızı ətin qiyməti artandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək əti satanların sayı artır. Bəzi işbazların əməlinin üstü açılsa da, bəziləri bundan yayına bilir. Bəs at, eşşək ətini mal ətindən necə ayırmaq olar?
Sizə bununla bağlı bir neçə tövsiyə veririk.
Ətin mənşəyini ilk növbədə rənginə görə ayırd etmək mümkündür. At əti tam qırmızı rəngdə deyil. Kənardan baxan zaman onun ciyərə oxşayan tünd rəngdə olduğunu görə bilərsiniz. Mal əti isə qan qırmızı rəngə malikdir. Sadəcə rəng fərqindən bunun at, eşşək, yaxud mal əti olduğunu anlaya bilərsiniz.
At və eşşək ətinin üzərindəki yağ təbəqəsi dana ətinin yağından daha sarıdır. Halbuki dana ətinin üzərindəki yağ hər kəsin bildiyi kimi ağ rəngdə olur.






