Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu plastik kapsul və qapaq istehsalı sahəsinin inkişafına 1 milyon manat güzəştli kredit ayırıb.

Nazirlikdən verilən məlumata görə, kredit "LG PET PREFORM" MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə həyata keçir.