Qürur hissi ilə bildiririk ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görüldü.

“Best Managed Companies” layihəsi “Deloitte” şirkəti tərəfindən 30 ildən çoxdur 50-yə yaxın ölkədə uğurla həyata keçirilən nüfuzlu beynəlxalq biznes müsabiqəsidir.

Sözügedən müsabiqə Azərbaycanın özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır. İştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilib.

Qeyd edək ki, 2022 və 2023-cü ildə Veysəloğlu Şirkətlər Qrupu bu mötəbər müsabiqənin qaliblərindən biri olub.