Şokoladla bağlı iki yeni araşdırma bir-birinə zidd nəticələr verir.

Onlardan birində qeyd olunur ki, menopozdan sonrakı qadınlarda müntəzəm şokolad istehlakı bütün səbəblərdən ölüm riskini 10% azaldır. Digərində isə qadınların şokolad və digər şəkər tərkibli məhsulları istehlak etməsi hər hansı səbəbdən ölmə riskinin artmasına səbəb olur.

Lakin şokolad maddələr mübadiləsi sürətini artırır, serotonin istehsalını stimullaşdırır və əhval-ruhiyyəni yaxşılaşdırır.

Eyni zamanda, düzgün istifadə edilmədikdə, şirinlik sağlamlığa zərər verə bilər: yuxusuzluğa, baş ağrılarına, piylənməyə və böyrək problemlərinə səbəb ola bilər.

Leyla