Hindistanda bir dəstə aqressiv meymun azyaşlıya hücum edərək onu parçalayıb. Bu barədə PSU Watch məlumat yayıb.

Qucarat ştatının Salki kəndində on yaşlı Dipak Thakor dostları ilə məbədin qapısında oynayarkən bir neçə vəhşi meymun onlara hücum edib.

Yerli administrasiya nümayəndəsi bildirib ki, hücum zamanı primatlar uşağa çoxlu ciddi xəsarətlər yetirib və bağırsaqlarının bir hissəsini qoparıblar.

Administrasiya onu da bildirib ki, bu, bir həftə ərzində meymunların məskunlaşan ərazidə insanlara üçüncü hücumudur.

Qeyd edək ki, bu meymunlar hindular tərəfindən müqəddəs sayılır.