Hindistanda qadın ərinin yeməyə iki pomidorl əlavə etdiyi üçün qızı ilə birlikdə evi tərk edib. 

Foodinfo.az xəbər verir ki, bu barədə "ABP Live" məlumat yayıb.

Belə ki, Şandol şəhərindəki yeməkxananın sahibi Sandip Burman həyat yoldaşı Aarti burmanın icazəsi olmadan yeməyə iki pomidor əlavə etdikdən sonra aralarında ciddi mübahisə yarandığını deyib. Onunla məsləhətləşmədiyindən əsəbiləşən qadın kişidən ayrılaraq azyaşlı qızı ilə birlikdə evi tərk edib. Burman onları tapmağa çalışsa da, tapa bilməyib və polislə müraciət edib.

Aarti Umariya şəhərində, bacısının evində tapılıb. Polis həmçinin bildirib ki, onlar cütlüyü danışmağa razı sala biliblər. Onlarda olan məlumata əsasən, Aarti Burman evinə qayıtmağa söz verib.

Pomidordan istifadə qiymətlərin qalxdığı üçün qalmaqala səbəb olub. Uzun sürən yağışlardan sonra məhsul bitdiyinə görə bu məhsul bahalaşıb.

Leyla