49 yaşlı Britaniya sakini Culi Pikerinq gizlicə ingilis piroq yeyib, sinəsindən qırıntıları təmizləyərkən şiş aşkarlayıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə "Daily Mirror" yazır.

Belə ki, qadının sözlərinə görə, onların evində bir qayda var: şam yeməyindən öncə heç bir qəlyanaltı və ya şirniyyat yeməmək. 11 noyabr 2022-ci il tarixində Culi bu qaydanı pozub, gizlincə piroq yeyərkən uşaqlardan birinin pilləkənlərdən aşağı qaçdığını eşidib və "iz itirməyə" çalışaraq sinəsindən qırıntıları cəld çırpmağa başlayıb.

Elə bu zaman o, bədənində şiş olduğunu hiss edib.

Pikerinq həkimə müraciət edərək müayinələrdən keçib. 2023-cü ilin yanvarında ona bədxassəli epitelial şişin ən aqressiv növü olan 3-cü dərəcəli üçqat mənfi döş xərçəngi diaqnozu qoyulub. Britaniyalı qadın altı ağır kimyaterapiya kursundan keçməli olub, bundan sonra ona ikitərəfli mastektomiya edilib və döş implantları qoyulub.

Hazırda xəstəlik remissiya mərhələsindədir.