Avqust ayında ard-arda iki Super Ay hadisəsi müşahidə olunacaq.

Bu termin tam ayın Yerə ən yaxın nöqtədə olduğu fenomenə aiddir. Həmin nöqtədə planetimizin təbii peyki ən uzaq mövqeyindən 14% daha böyük və 30% daha parlaq görünür.

İlk Super Ay avqustun 1-də, ikincisi isə 30-da baş verəcək.

Qeyd edək ki, Ay dövrü 29,5 gün davam etdiyi üçün eyni ayda iki Super Ay hadisəsi olduqca nadirdir. Bir qayda olaraq, ikinci hadisə Mavi Ay adlanır.

Mənbə: iz.ru