"İxracatçı ölkələrə ötən dövr ərzində aşkarlanan uyğunsuzluqlarla bağlı 1000-dək bildiriş göndərilib".

Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində çıxışı zamanı deyib.

Sədr bildirib ki, bitki sağlamlığının təmin edilməsi ilə bağlı ölkəmizdə bitkiçilik təsərrüfatlarında effektiv monitorinq sistemi formalaşdırılıb:

"Paytaxtda və regionlarda molekulyar diaqnostika aparmağa imkan verən laboratoriyalar qurulub, bitkiçilik məhsullarından pestisid qalıqlarına görə aparıla bilən müayinələrin sayı 6-dan 600-ə qaldırılıb, idxal olunan bitkiçilik məhsullarına nəzarət gücləndirilməklə ixracatçı ölkələrə ötən dövr ərzində aşkarlanan uyğunsuzluqlarla bağlı 1000-dək bildiriş göndərilib".