Tanınmış qəssab Nüsrət Gökçe karantin rejiminin elan olunmasından sonra yemək sifarişlərinin qəbuluna başlayıb. Foodinfo.az xəbər verir ki, duz səpmə hərəkəti ilə tanınmağa başlayan Nüsrətin yemək çatdırma xidməti olduqca bahadır. Bu da sosial şəbəkədə onun tənqid edilməsinə səbəb olub. Xəbərlərə görə, restorandan quzu əti sifarişi 600 TL, qabırğası isə 950 TL-dir. (publika.az)